...

Yanvarda Azərbaycanda 4 milyon tondan çox neft hasil edilib

Energetika Materials 14 Fevral 2011 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

2011-ci ilin yanvarında Azərbaycanda 4,1 milyon tona yaxın neft və qaz-kondensat hasil edilib. Bu, 2010-cu ilin yanvarındakı neft və qaz-kondensat hasilatından 3,8 faiz azdır. Bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsindən məlumat verilib.

2010-cu ildə ümumilikdə Azərbaycanda 50,83 milyon ton neft hasil edilib.

Ötən il hasilatın əas həcmi xarici tərəfdaşlarla birgə işlənilən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

2011-ci ilin yanvarında Azərbaycanda qaz hasilatı 2,04 milyard kubmetr təşkil edib. Bu, 2010-cu ilin yanvarındakından 10,7 faiz azdır.

Ötən il respublikada 26,23 milyard kubmetr qaz hasil edilib. Bunun 16,67 milyardı əmtəə qazının payına düşüb.

Yanvarda Azərbaycanda 1,86 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, 2009-cu ilin yanvarındakı göstəricidən 0,5 faiz azdır.

Xəbər lenti

Xəbər lenti