...

Rusiyanın Novorossiysk limanı neft daşımalarını 2,5 dəfə artırıb

Energetika Materials 21 Fevral 2011 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/

Yanvar ayında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı tərəfindən 9,4 milyon ton neft daşınıb. 2010-cu ilin analoji dövründə bu göstərici 3,8 milyon ton olub. Trend-in məlumatına görə, bu barədə limanın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

"Novorossiysk Dəniz Ticarət Limanı" ASC bu dövrdə 1,6 milyon tondan çox neft məhsulları daşıyıb. 2010-cu ildə bu göstərici 1,3 milyon ton olub.

Ümumilikdə ötən ay liman tərəfindən 12,9 milyon ton müxtəlif yüklər daşınıb. 2010-cu ilin analoji dövründə bu göstərici 7,2 milyon ton təşkil edib.

ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir. Yanvarda ARDNŞ Bakı-Novorossiysk şimal boru kəməri üzrə 168,2 min tondan çox neft ixrac edib.

Novorossiysk Qara dəniz ticarət limanının yükdaşımaları üzrə ümumi cədvəl:

Yanvar, 2011-ci il

Yanvar, 2010-cu il

Fərq

Min ton

Min ton

%-lə

Ümumi yük dövriyyəsi

12 864,8

7 190,2

5 674,6

78,9%

Maye yüklər (cəmi)

11 017,5

5 107,0

5 910,5

115,7%

Xam neft

9 394,3

3 766,1

5 628,2

149,4%

Neft məhsulları

1 581,9

1 276,6

305,3

23,9%

Xəbər lenti

Xəbər lenti