...

GNQK Azərbaycana qədər qaz kəməri hissəsinin tikintisi üzrə beynəlxalq tender elan edib

Energetika Materials 2 Mart 2011 10:32 (UTC +04:00)
Gürcüstan Neft və Qaz Korporasiyası (GNQK) Qırmızı körpü-Saquramo magistral qaz kəmərinin 30 kilometrlik hissəsinin tikintisi üzrə beynəlxalq tender elan edib.

Gürcüstan, Tbilisi, 2 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Neft və Qaz Korporasiyası (GNQK) Qırmızı körpü-Saquramo magistral qaz kəmərinin 30 kilometrlik hissəsinin tikintisi üzrə beynəlxalq tender elan edib.

GNQK-dan Trend-ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər təkliflərini martın 22-dək təqdim etməlidirlər.

Qaz kəmərinin həmin hissəsinin tikintisi üçün 18 milyon lari (1 dollar = 1,73 lari) ayrılıb.

80 kilometrlik Qırmızı körpü (Azərbaycanla sərhəd) - Saquramo qaz kəməri enerjidaşıyıcıların nəqlinin şaxələndirilməsi məqsədilə tikilir. Əvvəllər bu layihə çərçivəsində qaz kəmərinin 30 və 10 kilometrlik Qardabani-Navtluqi hissəsi inşa edilib.

Fevralın 25 -də GNQK həmin qaz kəmərinin 10 kilometrlik hissəsinin tikintisi üzrə də tender elan edib.

Xəbər lenti

Xəbər lenti