...

Azərbaycan qazının İrana tədarükü üçün qaz nəqli infrastrukturu hazırdır

Energetika Materials 7 Mart 2011 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.İsmayılov/

Martın 20-dək ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İrana qazın kommersiya tədarükünə başlaya bilər. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl Astara kompressor stansiyası yaxınlığında tikilən kompressor sexi artıq istismara hazırdır.

"Tədarükə başlamaq üçün hər şey hazırdır, eləcə də yeni sexin dövlət komissiyasından keçməsi məsələsi ilə bağlı bütün sənədləşmə də hazırdır. Ona görə də İrana qaz tədarükünə martın 20-dək başlamaq olar", - mənbə bildirib.

ARDNŞ və NIGEC (İranın Milli Qaz İxracı Şirkəti) yanvarın 12-də Bakıda Azərbaycan qazının İrana tədarükü haqqında uzunmüddətli müqavilə imzalayıblar. Beş il müddətinə imzalanan müqaviləyə görə, 2011-ci ildə Azərbaycan İrana bir milyard kubmetr qaz tədarük edəcək, sonrakı illərdə isə bu həcm artırılacaq.

Müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və NIGEC-in baş direktoru Cavad Oci imzalayıb.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr - 296,5 kilometri Azərbaycan ərazisində yerləşən Qazı Məhəmməd-Bind-Biand qaz kəməri əlaqələndirir. Bu boru kəmərinin layihə üzrə ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edib. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Bu istiqamətində üç kompressor stansiyası - Qazı Məhəmməd, Ağdaş və Qazax stansiyaları tikilib.

Xəbər lenti

Xəbər lenti