...

ARDNŞ Azərbaycanda yeni kimya zavodu tikəcək

Energetika Materials 16 Mart 2011 17:38 (UTC +04:00)
Bu il ARDNŞ Sumqayıt şəhərində Dövlət Neft Şirkətinin tərkibinə daxil olan "Azərikimya" İstehsalat Birliyinin müəssisəsinin yerləşdiyi ərazinin yaxınlığında karbamid istehsalı üzrə zavodun tikintisinə başlamağı planlaşdırır.
ARDNŞ Azərbaycanda yeni kimya zavodu tikəcək

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.İsmayılov/

Bu il ARDNŞ Sumqayıt şəhərində Dövlət Neft Şirkətinin tərkibinə daxil olan "Azərikimya" İstehsalat Birliyinin müəssisəsinin yerləşdiyi ərazinin yaxınlığında karbamid istehsalı üzrə zavodun tikintisinə başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə şirkət rəhbəri Rövnəq Abdullayev deyib.

"Layihələşdirmə işləri, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üzrə işlər başa çatıb və bu il biz Sumqayıtda karbamid istehsalı üzrə zavodun tikintisinə başlamağı planlaşdırırıq", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, ötən il "Azərikimya" ARDNŞ-nin tərkibinə daxil edildikdən sonra İB-nin istehsalı dayandırılıb və hazırda Dövlət Neft Şirkəti neft və qaz hasilatı, onun emalı, neft məhsullarının satışı və qazın distribusiyası, eləcə də kimya məhsullarının istehsalı və satışı ilə məşğul olur.

"Şirkət səylərini balansında olan müəssisələrin inkişafına və modernləşdirilməsinə yönəltmək niyyətindədir, - Abdullayev qeyd edib. - Xüsusilə, hazırda yeni neft emalı, neft-kimya komplekslərinin yaradılmasına hazırlıq çərçivəsində işlər aparılır".

Bundan başqa, ARDNŞ movcud kimya müəssisələrinin yenidən qurulması, modernləşdirilməsi və əsas kimya məhsulunun istehsalı üçün texnoloji parkın yaradılması üzrə işləri davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti