...

ARDNŞ-nin Kulevi neft terminalında yanalma körpüsünün korroziyadan mühafizə layihəsi həyata keçirilir

Energetika Materials 28 Mart 2011 17:17 (UTC +04:00)
Bu yaxınlarda ARDNŞ-nin Kulevi Neft Terminalında yanalma körpüsünün korroziyadan mühafizə layihəsinin həyata keçirilməsinə başlanıb.
ARDNŞ-nin Kulevi neft terminalında yanalma körpüsünün korroziyadan mühafizə layihəsi həyata keçirilir

Azərbaycan, Bakı, 28 mart /Trend/

Bu yaxınlarda ARDNŞ-nin Kulevi Neft Terminalında yanalma körpüsünün korroziyadan mühafizə layihəsinin həyata keçirilməsinə başlanıb. Yanalma körpüsündə aparıcı konstruksiyaların möhkəmləndirilməsi üçün istifadə edilən polad dirəklərin korroziyaya uğrama ehtimalı belə bir layihənin reallaşdırılmasına ehtiyac yaradıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin məlumatında deyilir.

Layihənin Kulevi Qara dəniz Terminalının mühəndisləri ilə ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" institutu arasında əməkdaşlıq çərçivəsində icra olunması nəzərdə tutulur. 3 mərhələdən ibarət olacaq layihənin birinci mərhələsində polad dirəklər yoxlamadan keçirilir. Növbəti mərhələdə elektrokimyəvi mühafizənin və katod mühafizə sxeminin tətbiqi qiymətləndiriləcək, sonuncu mərhələdə isə tətbiq olunacaq metodlar müəyyən edilərək, müvafiq məsləhətlər hazırlanacaq.

Bu günlərdə "Neftqazelmitədqiqatlayihə" institutunun mütəxəssislərindən ibarət qrup terminalda olub, birgə tədbirlər nəticəsində layihənin birinci mərhələsi başa çatdırılıb. Terminalda sualtı tədqiqatlar aparılıb, analiz üçün dəniz suyunun nümunələri götürülüb, qruntun davamlılığı öyrənilib, polad dirəklər və yanalma körpüsünün mütəmadi yuyulma zonasındakı beton divarın inspeksiyası keçirilib.

Xəbər lenti

Xəbər lenti