...

ARDNŞ qaz anbarlarından qazın alınması mövsümünü bağlamağı planlaşdırır

Energetika Materials 30 Mart 2011 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir E.İsmayılov/

Apelin 15-dək ARDNŞ Azərbaycanın yeraltı qaz anbarlarından qazın alınması mövsümünü bağlamağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-dəki mənbə deyib.

"Planlaşdırılır ki, qaz anbarlarından qazın alınması prosesi aprelin 15-dək başa çatsın", - mənbə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın yeraltı qaz anbarlarında qazın qalığı 1,63 milyard kubmetr təşkil edir. Qalıq qazın ümumi həcmindən "Qaradağ" qaz anbarının payına 744,43 milyon kubmetr, 619,5 milyon kubmetr isə "Qalmaz" yeraltı qaz anbarının payına düşür.

"Proqnozlara əsasən, qazın alınması prosesi başa çatanadək qaz anbarlarında qalıq qazın həcmi 1,3 milyard kubmetrə yaxın olacaq", - mənbə qeyd edib.

Hazırda ARDNŞ ölkənin yeraltı qaz anbarlarından sutkada 12 milyon kubmetr qaz alır.

Qaz vurulması mövsümünün başa çatmasının yekunları üzrə Azərbaycanın yeraltı qaz anbarlarında qaz həcmi 3,05 milyard kubmetr təşkil edib. Qaz anbarlarında olan qazın ümumi həcmindən 1,13 milyard kubmetrdən çoxu ötən ildən qalan qalıqdır.

Xəbər lenti

Xəbər lenti