...

Azərbaycan neftinin qiymətləri: 4-8 aprel həftəsinin yekunları

Energetika Materials 9 Aprel 2011 14:53 (UTC +04:00)
4-8 aprel həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 127,15 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 6,62 dolllar azdır.
Azərbaycan neftinin qiymətləri: 4-8 aprel həftəsinin yekunları

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.İsmayılov/

4-8 aprel həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 127,15 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 6,62 dolllar azdır.

4-8 aprel həftəsində AZERI LT-nin maksimum qiyməti 130,15, minimum isə 124,45 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

4-8 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 118,26 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 7,13 dollar/barel çoxdur.

4-8 aprel həftəsində URALS-ın maksimum qiyməti 121,19 dollar/barel, minimum isə 115,47 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

4-8 aprel həftəsində "Brent Dated" növünün orta qiyməti 123,4 dollar/barel olub ki, bu da əvvəlki həftənin orta qiymətindən 6,89 dollar/barel çoxdur.

4 -8 aprel həftəsində "Brent Dated"in maksimum qiyməti 126,42 , minimum isə 120,65 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti