...

Rusiyanın Novorossiysk limanı neft daşımalarını azaldıb

Energetika Materials 12 Aprel 2011 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.İsmayılov/

Yanvar-mart aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı vasitəsilə 27,1 milyon tona yaxın neft daşınıb. 2010-cu ilin yanvar-martında bu göstərici 28 milyon tondan çox olub. Trend-in məlumatına görə, bu barədə limanın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

"Novorossiysk Dəniz Ticarət Limanı" ASC bu dövrdə 4,74 milyon tona yaxın neft məhsulları daşıyıb. 2010-cu ilin analoji dövründə bu göstərici 3,85 milyon tona yaxın olub.

Ümumilikdə, yanvar-martda liman vasitəsilə 37,2 milyon tondan çox müxtəlif yüklər daşınıb. 2010-cu ilin analoji dövründə bu göstərici 38,83 milyon tona yaxın təşkil edib.

ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir.

Novorossiysk Qara dəniz ticarət limanının yükdaşımaları üzrə ümumi cədvəl:

Yanvar - mart, 2011-ci il

Yanvar - mart, 2010-cu il

Fərq

Min ton

Min ton

%-lə

Ümumi yük dövriyyəsi

37 245,2

38 826,4

-1 581,2

-4,1

Maye yüklər (cəmi)

31 894,0

31 961,6

-67,6

-0,2

Xam neft

27 081,5

28 014,4

-932,8

-3,3

Neft məhsulları

4 737,1

3 788,1

949,0

25,1

Xəbər lenti

Xəbər lenti