...

Azərbaycanda xarici elektrik enerjisi şirkətinin filialı dövlət qeydiyyatından keçib

Energetika Materials 5 May 2011 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycanda "Schneider Elektrik Sanayi ve Ticaret" şirkətinin filialı dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Vergilər Nazirliyi saytının "bir pəncərə" bölməsində deyilir.

Filial dövlət qeydiyyatından aprelin 18-də keçib. Şirkətin hüquqi nümayəndəsi kimi Laebens Caskues Paskal Çarls (Fransa) çıxış edir. Şirkətin təsisçisi "Schneider Elektrik Sanayi ve Ticaret" (Türkiyə) şirkətidir.

"Schneider Elektrik Sanayi ve Ticaret" texnika, nəzarət sistemi, elektrik enerjisinin distribusiyası və digər sahələrdə xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti