Azərbaycan, Bakı, 19 may /Trend/
"Fitch Rating" ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) xarici valyutada uzunmüddətli defolt emiteti reytinqini ("DER") "BBB-" səviyyəsində və xarici valyutada qısamüddətli DER-i "F3" səviyyəsində təsdiqləyib. Uzunmüddətli DER üzrə proqnoz "sabitdir".
Bu reytinq hərəkətləri Azərbaycanın uzunmüddətli defolt emiteti reytinqini xarici və milli valyutada "BBB-" səviyyəsində və xarici valyutada qısamüddətli defolt emiteti reytinqini "F3" səviyyəsində təsdiqlədiyini əks etdirir. "Fitch Ratings" Azərbaycanın xarici və milli valyutada reytinqini "sabitdən" "müsbətə" dəyişib.
"Fitch"in "Əsas və törəmə şirkətlərin reytinqləri arasında qarşılıqlı əlaqə" (Parent and Subsidiary Rating Linkage) metodologiyasına uyğun olaraq ARDNŞ-nin reytinqləri kifayət qədər güclü strateji və əməliyyat əlaqə qruplarının ana strukturundan (Azərbaycan Respublikası, "BBB-"/ proqnoz "müsbət"/"F3") üstünlük əldə edir. Belə vəziyyət şirkətin Azərbaycan iqtisadiyyatı üçün neft-qaz sektorunun əhəmiyyətini saxlamağa və şirkətin statusunun bu sahədə dövlətin maraqlarını əks etdirən şirkət kimi qalmasına kömək edir (ölkə ÜDM-də neft-qaz sahəsinin payı 51 faiz və 2010-cu ildə ümumi ixracın 90 faizini təşkil edib).
ARDNŞ dövlətlə kifayət qədər güclü əlaqələrindən üstünlük əldə etməyi davam etdirir və ARDNŞ-nin ümumi borclarının 26 faizə yaxınını təşkil edən və dövlət mülkiyyətində olan Azərbaycan Beynəlxalq Bankından ("ABB", reytinq "BBB-"/Rating Watch "Mənfi"), ) alınan bir kreditə hazırda dövlət tərəfindən zəmanət verilib. "Fitch" hesab edir ki, müstəqil əsasda ARDNŞ-nin reytinqi "BB" reytinq kateqoriyasına uyğun gələ bilərdi.