...

ARDNŞ 2025-ci ilədək kompleks perspektiv inkişaf planının ilkin variantını hazırlayıb

Energetika Materials 24 May 2011 15:56 (UTC +04:00)
"ARDNŞ-nin 2025-ci ilədək Kompleks Perspektiv İnkişaf Planı"nın ilkin variantının təqdimatı keçirilib. Trend-in məlumatına görə, bu barədəçərşənbə axşamı şirkətdən bildirilib.
ARDNŞ 2025-ci ilədək kompleks perspektiv inkişaf planının ilkin variantını hazırlayıb

Azərbaycan, Bakı, 24 may /Trend/

"ARDNŞ-nin 2025-ci ilədək Kompleks Perspektiv İnkişaf Planı"nın ilkin variantının təqdimatı keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətdən bildirilib.

Dünən şirkətdə ARDNŞ prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə sənədin müzakirəsi keçirilib. Sənəd şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov tərəfindən təqdim edilib.

Yığıncaqda səslənmiş fikir və təkliflər nəzərə alınmaqla plan tamamlancaq və daha da təkmilləşdiriləcək.

ARDNŞ Azərbaycanın Dövlət Neft Şirkətidir. 2010-cu ildə ARDNŞ neft-qaz çıxarma müəssisələri tərəfindən 7,28 milyon ton neft və 7 milyard kubmetrdən çox qaz hasil edilib. ARDNŞ xarici tərəfdaşlarla birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi iri layihələrdə iştirak edir. ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir. ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ-ə malikdir), eləcə də Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir.

AZRDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti