...

ARDNŞ ekoloji layihələrin həyata keçirilməsi üzərində nəzarəti həyata keçirir

Energetika Materials 23 İyun 2011 12:55 (UTC +04:00)
ARDNŞ-nin Baş Ofisinin Ekoloji layihələrin idarəedilməsi şöbəsi "Azneft" İstehsalat Birliyinin Qaraçuxur İriləşmiş Neft Mədəni ərazisində və "Suraxanı" Əməliyyat Şirkətinin neft yataqlarında ətraf mühitin bərpası üzrə görülən işlərin icrasını yoxlamaq məqsədilə əraziyə növbəti baxış keçiriblər.
ARDNŞ ekoloji layihələrin həyata keçirilməsi üzərində nəzarəti həyata keçirir

Azərbaycan, Bakı, 23 iyun /Trend/

ARDNŞ-nin Baş Ofisinin Ekoloji layihələrin idarəedilməsi şöbəsi "Azneft" İstehsalat Birliyinin Qaraçuxur İriləşmiş Neft Mədəni ərazisində və "Suraxanı" Əməliyyat Şirkətinin neft yataqlarında ətraf mühitin bərpası üzrə görülən işlərin icrasını yoxlamaq məqsədilə əraziyə növbəti baxış keçiriblər. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in cümə axşamı yaydığı məlumatda deyilir.

Monitorinq "ARDNŞ-nin, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin neft-mədən ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına aid təxirəsalınmaz tədbirlər"in yerinə yetirilməsi işlərinə nəzarət məqsədilə reallaşdırılıb.

Hazırda monitorinq ərazisində süni gölməçələrin qurudulması, neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsi, ləğv olunmuş quyuların beton bünövrələrinin dağıdılması, istifadə olunmayan neft tutucularının, neft çənlərinin, boru xətlərinin, hava elektrik ötürücü xəttlərinin və s. neft-mədən avadanlıqlarının sökülüb ərazilərdən çıxarılması, mancanaq dəzgahlarının rənglənməsi işləri aparılır.

Əraziyə kifayət qədər texniki vasitələr və işçi qüvvəsi cəlb olunub.

Xəbər lenti

Xəbər lenti