...

"SOCAR Energy Ukraine" Odessa vilayətində yeni yanacaqdoldurma məntəqəsi açıb

Energetika Materials 5 İyul 2011 18:21 (UTC +04:00)
"SOCAR Energy Ukraine" bu gün Odessa vilayətində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsini istismara verib.
"SOCAR Energy Ukraine" Odessa vilayətində yeni yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycan, Bakı, 5 iyul /Trend/

"SOCAR Energy Ukraine" bu gün Odessa vilayətində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsini istismara verib. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib.

ARDNŞ-nin yeni kompleksi müasir texniki qurğudur. O, unikal arxitektur dizayn, yanacağın süzülməsi üzrə yüksək texnologiyalı avadanlıq, mağaza və kafe zonasının xüsusi kassa-hesablama ticarət avadanlığı, unikal mətbəxi özündə birləşdirir. Alıcıların rahatlığı üçün kompleksin ərazisində Wi-Fi internet işləyir.

sMarket-də əzraq mallarının geniş çeşidi, eləcə də hər sürücüyə və onun sərnişininə səyahətdə lazım olan müvafiq mallar var.

Yeni kompleksdə yanacağın Nano 98, Nano 95, Nano DТ firma markaları, eləcə də 95 və 92 markalı benzinlər satılır.

NANO xarakteristikaları yaxşılaşdırılaraq "SOCAR Energy Ukraine tərəfindən bütün növ avtomobillərdə benzin və dizeldən istifadə üçün istehsal edilib.

Cari il iyunun 27-də "SOCAR Energy Ukraine" Odessa vilayətində ARDNŞ-nin daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

Beləliklə, "SOCAR Energy Ukraine"ya məxsus yüksək keyfiyyətli xidmətlər göstərən yanacaqdoldurma məntəqələrinin sayı 13-ə çatıb.

Xəbər lenti

Xəbər lenti