...

ARDNŞ iri neft hasilatı layihəsində öz payının artırılması prosesini başa çatdırıb

Energetika Materials 15 İyul 2011 15:03 (UTC +04:00)
ARDNŞ "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsində iştirak payının artırılması prosesini başa çatdırıb və artıq əlavə faizlərdən gəlirlər əldə edir.
ARDNŞ iri neft hasilatı layihəsində öz payının artırılması prosesini başa çatdırıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir E.İsmayılov/

ARDNŞ "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsində iştirak payının artırılması prosesini başa çatdırıb və artıq əlavə faizlərdən gəlirlər əldə edir. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

ARDNŞ-nin "AzACG Limited Company" şirkətinin AÇG layihəsində iştirak payının 1,6461 faizdən 11, 6461 faizədək artırılması "Devon" şirkətinin payının bir hissəsinin alınması nəticəsində baş verib.

ARDNŞ Britaniyanın BP şirkətindən (əvvəllər onun "Devon" şirkətindən aldığı) AÇG-də iştirak payının bir qismini alıb.

"Azər-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun işlənməsinə dair müqavilə 1994-cü ildə bağlanılıb. 2010-cu ildə "Devon" AÇG-dəki 5,63 faizlik payını layihə üzrə tərəfdaşlara - BP (3,29 faiz), "Chevron" (0,99 fazi), Inpex (0,96 faiz) və Itocu (0,38 faiz) şirkətlərinə satıb.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 37,43%), "Chevron" (11,27%), AzAÇG (10%), "Inpex" (10,96%), "Statoil" (8,56%), "Exxon" (8%), TPAO (6,75%), "Itochu" (4,3%), "Hess" (2,72%).

2010-cu ildə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 40,6 milyon ton neft hasil edilib. Bu göstərici 2009-cu ildə 40,3 milyon ton olub. 2010-cu ildə bu yataqlar blokunda sutkalıq orta hasilat 823,1 min barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti