...

"Nabukko" Transxəzər boru kəməri üzrə danışıqlarla bağlı mandatın təsdiqini alqışlayır - Mitçek

Energetika Materials 12 Sentyabr 2011 16:26 (UTC +04:00)
"Nabucco Gas Pipeline International GmbH" Aİ Şurasının Azərbaycan və Türkmənistan arasında Transxəzər boru kəməri sisteminin tikintisi haqqında saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası tərəfindən verilmiş mandatın təsdiqi barədə bugünkü qərarını alqışlayır.
"Nabukko" Transxəzər boru kəməri üzrə danışıqlarla bağlı mandatın təsdiqini alqışlayır - Mitçek

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir N.İsmayılova/

"Nabucco Gas Pipeline International GmbH" Aİ Şurasının Azərbaycan və Türkmənistan arasında Transxəzər boru kəməri sisteminin tikintisi haqqında saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası tərəfindən verilmiş mandatın təsdiqi barədə bugünkü qərarını alqışlayır. Trend-in məlumatına görə, bu barədə konsorsiumun bəyanatında deyilir.

"AK-nın bu novator təşəbbüsü qaz nəqlinin geniş şaxələndirilməsi portfelinin təşkili üçün "Nabukko" layihəsinin məqsədinə uyğundur. Bir neçə mənbədən tədarükə yanaşma sayəsində "Nabukko" Transxəzər boru kəmərinin potensialından asılı olmayacaq. Bununla belə, Xəzərin hər iki tərəfi üzrə qaz ixracı üçün böyük potensial gələcək Avropa və Türkiyə qaz bazarları üçün həyati əhəmiyyət kəsb edir", - "Nabukko"nun icraçı direktoru Reynhard Mitçek deyib.

Onun sözlərinə görə, "Nabukko" vasitəsilə təşkil olunmuş geniş boru kəməri sistemi bu böyük potensialın gələcək onillliklərdə ixracına kömək məqsədini güdür.

"Nabukko" Xəzər qazı üçün ən rəqabət qabiliyyətli ixrac marşrutu təklif edir", - o deyib.

Xəbər lenti

Xəbər lenti