...

ARDNŞ Ukraynaya neft tədarükünü iki dəfə artıracaq

Energetika Materials 13 Sentyabr 2011 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.İsmayılov/

Ukraynanın Milli Səhmdar Şirkəti "Naftoqaz Ukrayna" və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ölkəyə ildə daha iki milyon ton neft satışı barədə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə "Ukrinform" ARDNŞ-nin ticarət nümayəndəliyi SOCAR Trading-in baş icraçı direktoru Valeriya Qolovuşkinə istinadən xəbər verir.

"İndi biz dövlət şirkəti ilə ["Naftoqaz"] ildə təxminən iki milyon ton neftin satışı üzrə müqaviləni müzakirə edirik ", - Qolovuşkin Kiyevdə I Beynəlxalq neft sammitindəki çıxışında deyib.

Onun sözlərinə görə, müqavilənin imzalanma müddəti və Azərbaycan neftinin tədarükünə başlanması "Naftoqaz"dan asılıdır.

"Bu, bizdən deyil, alıcılardan asılıdır. Biz neft satmağa hazırıq", - Qolovuşkin deyib.

O, hazırda ARDNŞ-nin Kremençuq NEZ və iki Qərbi Ukrayna NEZ-ə CIF şərtləri ilə neft satdığını dəqiqləşdirib.

"Müqaviləyə görə, bizdə 2011-ci ildə təxminən iki milyon ton neft var, əgər "Naftoqaz"la müqavilə bağlasaq, onda 2012-ci ildə daha iki milyon ton neft olacaq", - Qolovuşkin deyib.

O qeyd edib ki, Azərbaycan neftinin Ukraynaya tədarük həcmləri yalnız onun alıcılıq qabiliyyətindən asılıdır.

Azərbaycan neftinin iki Qərbi Ukrayna NEZ-ə satışına mayın 20-dən başlanılıb.

Azərbaycan nefti Belarusa Odessa-Brodı neft kəməri ilə tədarük edilir. Kəmər işinə avers rejimində başlayıb.

Azərbaycandan neft tədarükünə dair müqavilə Belarus Neft Şirkəti və ARDNŞ arasında bağlanıb. Müqaviləyə əsasən, 2011-ci ildə 4 milyon tonadək neft tədarük ediləcək. Neft "Cənub" limanına, sonradan Odessa-Brodı və "Dostluq" boru kəməri ilə Mozır NEZ-ə çatdırılacaq. Odessa-Brodı neft kəmərindən istifadə etməklə karbohidrogen xammalının göndərilməsinə dair müqavilə "Belarus Neft Şirkəti" QSC və "Ukrtransnafta" ASC arasında bağlanıb.

Xəbər lenti

Xəbər lenti