...

ARDNŞ Ukraynada yanacaqdoldurma məntəqələrinin sayını 1000-ə çatdırmaq niyyətindədir

Energetika Materials 13 Sentyabr 2011 17:27 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2025-ci ilədək Ukraynada SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 1000 ədədə çatdıracaq.
ARDNŞ Ukraynada yanacaqdoldurma məntəqələrinin sayını 1000-ə çatdırmaq niyyətindədir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2025-ci ilədək Ukraynada SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 1000 ədədə çatdıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin məlumatında deyilir.

Məlumata görə, hazırda Ukraynada SOCAR brendi altında YDM-lərin sayı 12 ədəddir, lakin ilin sonunadək onların sayının 40-50 ədədə çatdırılması planlaşdırılır.

ARDNŞ Azərbaycanın Dövlət Neft Şirkətidir. 2010-cu ildə ARDNŞ neft-qaz çıxarma müəssisələri tərəfindən 7,28 milyon ton neft və 7 milyard kubmetrdən çox qaz hasil edilib. ARDNŞ xarici tərəfdaşlarla birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi iri layihələrdə iştirak edir. ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir.

ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ-ə malikdir), eləcə də Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti