...

Azərbaycan neftinin qiymətləri sentyabrın 22-də azalıb

Energetika Materials 23 Sentyabr 2011 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 111,72 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiymətləri çərşənbə gününə nisbətən 6,65 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 110,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 6,68 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 22-də 105,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 6,28 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 22-də 109,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 6,07 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti