...

ARDNŞ-nin Kulevi neft terminalı təkrar sertifikasiya auditindən keçəcək

Energetika Materials 14 Oktyabr 2011 16:10 (UTC +04:00)
Kulevi neft terminalı "Moody International" MMC tərəfindən həyata keçiriləcək təkrar sertifikasiya auditindən keçməlidir.
ARDNŞ-nin Kulevi neft terminalı təkrar sertifikasiya auditindən keçəcək

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E.İsmayılov/

İlin sonunadək ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalı "Moody International" MMC tərəfindən həyata keçiriləcək təkrar sertifikasiya auditindən keçməlidir. Trend-in məlumatına görə, bu barədə cümə günü terminalın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Bir müddət əvvəl "Qara Dəniz Terminalı" MMC menecmentin birləşmiş sisteminin daxili audutunu aparıb. Auditin keçirilməsində məqsəd ISO 9001-2008, ISO 14001-2004 və OHSAS 18001-2007 tələblərinə uyğun qiymətləndirmədir. Audit, habelə şirkət tərəfindən ətraf mühiti çirkləndirmədən və istehlakçının tələblərinə uyğun təhlükəsizliyin təmin edilməsi və qəzasız əməliyyatların təmin olunması tətbiq edilən prosedur şərtlərinə əməl edilməsini qiymətləndirməyə imkan verir.

Ümumilikdə auditin nəticələri qənaətbəxş olub və şirkətdə bütün proseslər menecmentin birləşmiş sisteminin fasiləsiz yaxşılaşması məqsədilə həyata keçirilir və dəstəklənir.

2010-cu ildə Kulevi terminalı 3,6 moilyon ton neft yükləri daşıyıb ki, bu da 2009-cu ildəki göstəricidən 56 fazi çoxdur.

ARDNŞ-nin Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti