...

ARDNŞ Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra ilk məhsulu alıb

Energetika Materials 19 Oktyabr 2011 20:19 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri başa çatdırılıb.
ARDNŞ Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra ilk məhsulu alıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri başa çatdırılıb.

Trend-in çərşənbə günü ARDNŞ-yə istinadən yaydığı məlumata görə, müəssisənin "EP-300" kompleksinin əsas istehsalat sahələrində - piroliz, qazayırma, piroqazın sıxılması və təmizlənməsi sexlərindəki bütün texnoloji avadanlıqlar əsaslı təmir edilib, kompressorların işi nizama salınıb. Budəfəki əsaslı təmir zamanı texnoloji sxemə yeni rektifikasiya kalonu daxil edilib və quraşdırılıb. 24 metr hündürlüyündə olan qurğu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan yarım il əvvəl çəkilmiş boru kəməri ilə birbaşa Sumqayıta nəql olunan quru qazların kükürdlü birləşmələrdən daha keyfiyyətlə təmizlənməsində, nəticə etibarilə isə əsas məhsullar olan etilenin və polietilenin çıxımının və keyfiyyətinin artmasında mühüm rol oynayacaq.

Kompleksin əsaslı təmiri zamanı məhsuldarlığın artırılması, istehsalat itkilərinin minimuma endirilməsi məqsədilə bir sıra texniki dəyişikliklər və yeniliklər edilib, istilikdəyişdirici aparatların bir qismi və nəzarət-ölçü cihazlarının stendləri yenisi ilə əvəz olunub, piroliz sobalarındakı borular təzələnib. Əsaslı təmirin başa çatması ilə "EP-300" kompleksinin qurğularında texnoloji rejim nizama salınıb, həmçinin "Polimir-120" istehsalatında polietilenin alınmasına başlanılıb. Əsaslı təmirin nəticəsi olaraq məhsulun istehsal səviyyəsi və keyfiyyət göstəriciləri yaxşılaşıb.

Xəbər lenti

Xəbər lenti