...

Azərbaycan neftinin qiymətləri: 17-21 oktyabr həftəsinin yekunları

Energetika Materials 22 Oktyabr 2011 14:29 (UTC +04:00)
17-21 oktyabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 114,08 dollar/barelə yaxın olub.
Azərbaycan neftinin qiymətləri: 17-21 oktyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.İsmayılov/

17-21 oktyabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 114,08 dollar/barelə yaxın olub. Bu, ötən həftənin qiymətindən təxminən 0,18 dollar aşağıdır.

17-21 oktyabr may həftəsində AZERI LT-nin maksimum qiyməti 115,67, minimum isə 111,92 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

17-21 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 107,05 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 1 dollar/barel azdır.

17-21 oktyabr həftəsində URALS-ın maksimum qiyməti 109,5 dollar/barel, minimum isə 105,42 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

17-21 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 111,15 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən təxminən 0,26 dollar azdır.

17-21 oktyabr həftəsində "Brent Dated"in maksimum qiyməti 112,86, minimum isə 109,17 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti