...

Azərbaycan Türkiyəyə qaz tədarükünü artırmaq niyyətindədir – Prezident İlham Əliyev

Energetika Materials 25 Oktyabr 2011 17:42 (UTC +04:00)
Qarşıdakı illərdə Azərbaycan Türkiyəyə qaz tədarükünü artıracaq.
Azərbaycan Türkiyəyə qaz tədarükünü artırmaq niyyətindədir – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Qarşıdakı illərdə Azərbaycan Türkiyəyə qaz tədarükünü artıracaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Prezident İlham Əliyev Türkiyədə yeni NEZ-in təməlqoyma mərasimində bildirib. Məlumatı Türkiyənin "Zaman" qəzeti yayıb.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Türkiyənin birliyi və əməkdaşlığı artıq indi öz bəhrəsini verir və bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.

Prezident Azərbaycan və Türkiyənin bütün məsələlərdə ümumi mövqeyə malik olduğunu bildirib. O, bugünkü tədbirin bunu təsdiqlədiyini qeyd edib. İlham Əliyev iki ölkənin birlikdə çox işlər gördüyünü və hələ çox işlər görəcəyini vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, NEZ-in tikintisi layihəsi həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına xidmət edir.

Prezident İlham Əliyev habelə türkiyəli sərmayədarları Azərbaycana investisiyalar yatırmağa çağırıb.

Çərşənbə axşamı Türkiyənin İzmir şəhərində ARDNŞ-nin iştirak payına malik olduğu "Petkim" neft-kimya kompleksinin xammalla təmin olunması üçün nəzərdə tutulan yeni neft emalı zavodunun (NEZ) təməli qoyulub.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iştfirak edib.

"Şahdəniz" layihəsinin işlənməsinin birinci mərhələsi çərçivəsində imzalanan müqaviləyə görə, Türkiyə hər il 6,6 milyard kubmetr Azərbaycan qazı almalıdır. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində Türkiyəyə daha altı milyard kubmetr qaz tədarük olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti