...

Azərbaycan neftinin qiymətləri oktyabrın 27-də artıb

Energetika Materials 28 Oktyabr 2011 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.İsmayılov/

CIF İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 114,79 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən 1,91 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 113,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,95 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 27-də 109,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,24 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 27-də 111,82 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,48 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti