...

ARDNŞ ilə "E.ON Ruhrgas AG" arasında texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə bağlı müqavilə imzalanıb

Energetika Materials 3 Noyabr 2011 18:13 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi və Almaniyanın "E.ON Ruhrgas AG" şirkəti arasında Bakı şəhərində və Abşeron yarımadasında qaz təchizatı sisteminin müasirləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə bağlı xidmət müqaviləsi imzalanıb.
ARDNŞ ilə "E.ON Ruhrgas AG" arasında texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə bağlı müqavilə imzalanıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi və Almaniyanın "E.ON Ruhrgas AG" şirkəti arasında Bakı şəhərində və Abşeron yarımadasında qaz təchizatı sisteminin müasirləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə bağlı xidmət müqaviləsi imzalanıb.

Trend-in cümə axşamı ARDNŞ-yə istinadən yaydığı məlumata görə, müqaviləni ARDNŞ tərəfdən "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev və Almaniya tərəfdən isə "E.ON Ruhrgas AG" şirkətinin təmsilçisi Dr. Gerald Linke imzalayıb.

Müqaviləyə əsasən, "E.ON Ruhrgas" şirkəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında qaz itkisinin qarşısının alınması və minumuma endirilməsi, habelə əhalinin artımı və sənayenin davamlı inkişafi nəticəsində gələcəkdə daha da yüksələcək qaz tələbatını ödəmək üçün mövcud qaz təchizatı şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenidən qurulmasını həyata keçirmək məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulur.

Texniki-iqtisadi əsaslandırmanın hazırlanması layihəsi Almaniya və digər Qərb ölkələrinin qaz sənayesində qəbul edilmiş və istifadə olunan norma və standartlarına (Qərb Standartları) uyğun şəkildə icra ediləcək. Müqaviləyə əsasən, layihənin 6 ay ərzində tamamlanması nəzərdə tutulur.

Təbii qazın alqı-satqısı ilə məşğul olan "E.ON Ruhrgas" Avropanın ən böyük şirkətlərindən biridir. 12 min km uzunluğunda kəmərlər şəbəkəsinə, 7 yeraltı qaz anbarına malik "E.ON Ruhrgas" 2010-cu ildə 20 milyon avrodan çox dəyərində satış həyata keçirib.

Xəbər lenti

Xəbər lenti