...

ABŞ Transxəzər boru kəmərinin tikintisini dəstəkləyir - Dövlət Departamenti

Energetika Materials 15 Noyabr 2011 20:16 (UTC +04:00)
ABŞ Transxəzər boru kəməri layihəsinin yaradılmasını dəstəkləyir.
ABŞ Transxəzər boru kəmərinin tikintisini dəstəkləyir - Dövlət Departamenti

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir S.Ağayeva/

ABŞ Transxəzər boru kəməri layihəsinin yaradılmasını dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Bakıda keçirilən mətbuat konfransında bildirib.

"Əgər Aİ, Azərbaycan və Türkmənistan boru kəmərinin mümkün tikintisi ilə bağlı şərtləri razılaşdırsalar, biz onun tikintisini dəstəkləyəcəyik", - Morninqstar deyib.

Lakin, onun sözlərinə görə, boru kəmərinin tikintisinin müddətini dəqiq söyləmək mümkün deyil. "İlk növbədə, Aİ, Azərbaycan və Türkmənistan arasında saziş lazımdır", - o deyib.

Morninqstarın sözlərinə görə, ABŞ və Azərbaycan "Cənub dəhlizi"nin gələcək inkişafında ümumi baxışlara malikdirlər və bu layihənin tamamilə tərəfdarıdırlar.

O deyib ki, Azərbaycan və Türkiyə arasında qaz tədarükü üzrə son razılaşmalar "Cənub dəhlizi"nin həyata keçirilməsi yolunda mühüm addımdır.

Transxəzər boru kəməri Xəzər hövzəsinin enerji resurslarını Avropa bazarına çatdırılması üzrə "Cənub dəhlizi"nin hissəsi kimi nəzərdən keçirilir.

Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq. Layihədə əsas xammal yükü Türkmənistanın üzərinə düşür.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti