Azərbaycan, Bakı, 17 noyabr /Trend/
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Cəlilabad rayonunun Alar və Günəşli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Trend-in cümə axşamı ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, 1330 abonenti olan Alar kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 60 km olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 1330 ədəd qaz sayğacı quraşdırılıb.
1154 abonenti olan Günəşli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 51 km uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, abonentlərin hamısı sayğaclaşdırılıb.