Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.İsmayılov/
Yanvar-oktyabr aylarında ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi 56 min ton polietilen istehsal edib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 53,5 faiz çoxdur. Bu barədə cümə günü Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.
İB tərəfindən yanvar-oktyabrda istehsal edilən kimyəvi məhsulların digər növləri üzrə əsasən artım müşahidə olunub.
Yanvar-oktyabrda istehsal olunan kimya məhsullarının əsas növləri:
Məhsul |
Yanvar-oktyabr, 2010-cu il |
2010-cu ilin yanvar-oktyabrına nisbətdə (faizlə) |
Kükürd tirşusu(min t) |
7,7 |
82,8 |
Polietilen (min t) |
56 |
153,5 |
Propilen (min t) |
15,4 |
102,9 |
İzopropil spirti (min t) |
10,8 |
137 |
Lak məmulatları (min t) |
2760,8 |
75,9 |
Kaustik soda (maye, tonla |
6152,1 |
Artım 2,8 dəfə |
Yanvar-oktyabrda ölkədə 5991,1 min ton bərk polietilen borular, kiçik borular, şlanqlar istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricindən 46 faiz çoxdur. Həmçinin respublikada 240 ton poliuretan "plastinlər" və "zolaqlar" istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 25,7 faiz çoxdur.