...

Yanvar-sentyabrda "Azəri-Çıraq-Günəşli" blokunda 200 milyon bareldən çox neft hasil edilib

Energetika Materials 23 Noyabr 2011 16:37 (UTC +04:00)
Üç rüb ərzində Böyük Britaniyanın BP şirkəti və tərəfdaşlar "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda təxminən 30 milyon ton neft (206,8 milyon barel) hasil ediblər.
Yanvar-sentyabrda "Azəri-Çıraq-Günəşli" blokunda 200 milyon bareldən çox neft hasil edilib

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.İsmayılov/

Üç rüb ərzində Böyük Britaniyanın BP şirkəti və tərəfdaşlar "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda təxminən 30 milyon ton neft (206,8 milyon barel) hasil ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü BP-nin üç rüb üzrə hesabatında deyilir.

Bu blokda orta sutkalıq neft hasilatı yanvar-sentyabrda 757,5 min barel təşkil edib.

2010-cu ildə BP AÇG-də 40,6 milyon ton neft (300,4 milyon barel) hasil edib. 2009-cu ildə bu göstərici 40,3 milyon tondan çox olub.

Hesabatda qeyd edilir ki, üç rüb ərzində layihə çərçivəsində əməliyyat xərcləri 501 milyon dollar, əsaslı xərclər isə 1,352 milyard dollar təşkil edib.

Bu il AÇG layihəsi üzrə əməliyyat xərcləri 628 milyon dollar, əsaslı xərclər isə 1,998 milyard dollar səviyyəsində planlaşdırılıb.

Ötən il AÇG layihəsi üzrə istismar xərcləri 426 milyon dollar, əsaslı xərclər isə 1,648 milyard dollar təşkil edib.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,83 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzAÇG (11,6 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti