...

ARDNŞ Bakıda qaz kəmərində yanğından sonra qazın verilməsini bərpa edir

Energetika Materials 25 Noyabr 2011 11:52 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Bakı şəhərinin 1, 2, 3, 4 və 5-ci mikrorayonlarında qaz təchizatının bərpası üzrə işləri davam etdirir.
ARDNŞ Bakıda qaz kəmərində yanğından sonra qazın verilməsini bərpa edir

Azərbaycan, Bakı, 25 noyabr / Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Bakı şəhərinin 1, 2, 3, 4 və 5-ci mikrorayonlarında qaz təchizatının bərpası üzrə işləri davam etdirir. Trend-in məlumatına görə, bu barədə cümə günü İB-dən deyilib.

İB-dən bildirilib ki, Bakı şəhərinin doqquz mikrorayonunda qaz təminatı ilə bağlı problemlər Binəqədi rayonu Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesinin kənarından keçən yeraltı qaz kəmərində qaz sızması nəticəsində baş verən yanğından sonra yaranıb. Yanğın noyabrın 24-də saat 23:00-da baş verib.

İB-nin məlumatınada deyilir ki, artıq Rəsulzadə qəsəbəsinin, 6, 7, 8 və 9-cu mikrorayonların qaz təchizatı bərpa edilib və hazırda Mir Cəlal, 20 yanvar, Asif Məhərrəmov, Seyidzadə, Cəlil Məmmədquluzadə, Bakıxanov küçələrinə, eləcə də Tbilisi prospekti və Alatava yaşayış massivinə təbii qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti