...

İzmir Bələdiyyə Şurası ARDNŞ NEZ-in tikinti planını qəbul edib

Energetika Materials 30 Noyabr 2011 19:31 (UTC +04:00)
İzmir şəhərinin Bələdiyyə Şurası ARDNŞ-nin yeni neft emalı zavodunun (NEZ) tikintisi üzrə planı təsdiq edib.
İzmir Bələdiyyə Şurası ARDNŞ NEZ-in tikinti planını qəbul edib

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Tağıyeva/

İzmir şəhərinin Bələdiyyə Şurası ARDNŞ-nin yeni neft emalı zavodunun (NEZ) tikintisi üzrə planı təsdiq edib. Bu barədə çərşənbə günü Trend "TimeTurk" agentliyinə istinadən məlumat verir.

Əvvəllər İzmir bələdiyyəsi dəfələrlə bəyan edirdi ki, şəhər ərazisində neft emalı zavodunun tikintisi şəhərin memarlıq və şəhərsalma normaları ilə ziddiyyət təşkil edir.

Oktyabrın 25-də İzmirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) şəriki olduğu "Petkim" neft-kimya kompleksini xammalla təmin etmək üçün yeni neft emalı zavodunun (NEZ) təntənəli təməlqoyma mərasimi keçirilib.

Yeni NEZ, ilk növbədə, bu kompleksin xammalla təminatına yönəlib. Yeni neft emalı zavodunun dəyəri 5,5 milyard dollar, ümumi gücü 10 milyon ton təşkil edəcək, zavodda istehsal edilən neft məhsulları "Petkim"in və Türkiyənin daxili bazarının, eləcə də Aralıq dənizi regionu ölkələrinin tələbatlarının ödənilməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti