...

ARDNŞ-nin Qaz Emalı Zavodu yeni standarları qəbul etməyə başlayıb

Energetika Materials 30 Noyabr 2011 20:23 (UTC +04:00)
ARDNŞ-nin Qaz Emalı Zavodunda Türk Standartları İnstitutunun (TSE) nümayəndələri tərəfindən TS EN İSO 9001 standartına keçidlə bağlı ilkin audit keçirilib.
ARDNŞ-nin Qaz Emalı Zavodu yeni standarları qəbul etməyə başlayıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

ARDNŞ-nin Qaz Emalı Zavodunda Türk Standartları İnstitutunun (TSE) nümayəndələri tərəfindən TS EN İSO 9001 standartına keçidlə bağlı ilkin audit keçirilib.

Trend-in çərşənbə günü ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, auditdə TSE-nin nümayəndələri - baş auditor Halil Ulukaya, Sibel Kibar İsgender, TSE-nin Azərbaycan təmsilçiləri Hasan Demirtaş və Namiq Həsənov iştirak ediblər. Üç günlük audit zamanı beynəlxalq standartın tələblərinə uyğunluq yoxlanılıb. Audit qrupu tərəfindən standarta uyğunluq qeyd edilib, müsbət rəy ifadə olunub, bəzi tövsiyələr irəli sürülüb.

Hazırda Qaz Emalı Zavodunda TS EN İSO 14001 və TS/OHSAS 18001 Beynəlxalq standartlarına keçidlə bağlı zəruri kompleks tədbirlər aparılır.

Xəbər lenti

Xəbər lenti