...

Azərbaycan Gürcüstana istehlak olunan ümumi qazın 90 faizini tədarük edir

Energetika Materials 12 Dekabr 2011 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir Y.Kosolapova/

2011-ci ilin proqnozlarına görə Azərbaycan Gürcüstana ölkənin istehlak etdiyi ümumi qazın təxminən 90 faizini tədarük edəcək. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstan Neft-Qaz Korporasiyasından (GOGC) məlumat veriblər.

İlkin proqnozlara əsasən, Azərbaycan Gürcüstana təxminən 1,6 milyard kubmetr qaz tədarük edəcək.

GOGC-dən verilən məlumata əsasən, proqnozlara görə, Gürcüstanın istehlak etdiyi ümimi qazın təxminən 36 faizini bu ölkəyə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tədarük edəcək.

Proqnozlara əsasən, ARDNŞ 2011-ci ildə Gürcüstana təxminən 700 milyon kubmetr qaz tədarük etməlidir.

GOGC-nin baş direktoru Zurab Cancqava bir müddət əvvəl bildirib ki, Gürcüstan 2012-ci ildən etibarən Azərbaycandan qaz alışını 30 faiz artırmaq niyyətindədir.

Cancqavanın sözlərinə görə, bunu yeni reallıqlar tələb edir - "Hər ailəyə qaz" prezident proqramının həyata keçirilməsi və istehsal gücünün artması.

GOGC-dən Trend-ə verilən məlumata əsasən, bu proqramın həyata keçirilməsi üçün ölkənin məişət sektorunda ildə təxminən 550 milyon kubmetr qazın ümumi istehlakı planlaşdırılıb.

Gürcüstan "Şahdəniz" qazının tranzitinə, eləcə də Rusiya qazının Ermənistana tranzitinə görə qaz alır. Ölkə çatışmayan hissəni ARDNŞ-dən alır ki, bu da qazın sabit tədarükünü təmin edir.

Xəbər lenti

Xəbər lenti