Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.İsmayılov /
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar gücləndiilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə bazar ertəsi İB-dən məlumat veriblər.
Məlumata görə, bayram günlərində İB tərəfindən ölkədəki bütün istehlakçıların keyfiyyətli və fasiləsiz qazla təchiz olunması üzrə xüsusi sosial proqram hazırlanıb. Hava şəraitinin pisləşəcəyi halda qaz verilişinin artırılması nəzərdə tutulub. O cümlədən, Bakı üzrə bu artım 1,5-2 milyon kubmetr səviyyəsində nəzərdə tutulub.
"Bayram günlərində, yəni dekabrın 25-dən yanvarın 5-dək qaz istisnasız olaraq bütün, hətta borcu olan abonentlərə də veriləcək", - İB-dən deyiblər.
Azərbaycan ərazisində qazın nəqli və satışı məsələləri ilə "Azəriqaz" İB məşğul olur.