...

Yaxın müddətdə Nərimanov rayonunda qazın verilişi bərpa ediləcək

Energetika Materials 10 Yanvar 2012 18:47 (UTC +04:00)
Bir saat ərzində Bakının Nərimanov rayonunda qazın verilişi bərpa ediləcək.
Yaxın müddətdə Nərimanov rayonunda qazın verilişi bərpa ediləcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılov/

Bir saat ərzində Bakının Nərimanov rayonunda qazın verilişi bərpa ediləcək. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mənbə bildirib.

Mənbənin sözlərinə görə, qaz kəmərindəki qəza səbəbindən qazın verilişində problemlər yaranıb. Buna görə də rayonun əksər hissəsində qaz olmayıb. Hazırda boru qismən dəyişdirilib və sınaq işləri aparılır.

Xəbər lenti

Xəbər lenti