...

ARDNŞ öz işçilərinin tibbi sığortasını başa çatdırır

Energetika Materials 17 Yanvar 2012 15:41 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz işçilərinin tibbi sığortası prosesini başa çatdırmağı planlaşdırır.
ARDNŞ öz işçilərinin tibbi sığortasını başa çatdırır

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz işçilərinin tibbi sığortası prosesini başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

"Sığortalama prosesi Dövlət Neft Şirkətinin istisnasız olaraq bütün əməkdaşlarını əhatə edir və yaxın günlərdə bu proses tamamilə başa çatacaq", - o bildirib.

Hazırda ARDNŞ-nin işçilərinin sayı 70 min nəfəri ötür.

Abdullayevin sözlərinə görə, hər bir əməkdaş üçün sığorta xidmətləri Gold-paketinin dəyəri 292 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti