...

Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib - "Azərenerji"

Energetika Materials 17 Yanvar 2012 18:36 (UTC +04:00)
"Azərenerji" SC (ölkədə elektrik enerjisini itehsal edən və paylayan) 2012-ci ildə yeni enerji obyektlərinin tikintisi və Azərbaycanın ümumi enerji gücünün artırılması üzrə işləri davam etdirəcək.
Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib - "Azərenerji"

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" SC (ölkədə elektrik enerjisini itehsal edən və paylayan) 2012-ci ildə yeni enerji obyektlərinin tikintisi və Azərbaycanın ümumi enerji gücünün artırılması üzrə işləri davam etdirəcək. Bu barədə çərşənbə axşamı Trend-ə SC-nin vitse-prezidenti Marlen Əsgərov deyib.

Onun sözlərinə görə, bu il ərzində yeni iri enerji stansiyalarının yaradılması - "Cənub" elektrik stansiyasının və "Şimal" stansiyasında ikinci enerji blokunun tikintisi üzrə işlər davam etdiriləcək.

Həmçinin, il ərzində kiçik su elektrik stansiyalarının tikintisi (onlardan bir neçəsi artıq bu il istismara veriləcək) və elektrikötürücü xətlərin tikinti və bərpa edilməsi üzrə fəal işlər aparılacaq.

SC-nin vitse-prezidentinin sözlərinə görə, paylayacı şəbəkələrdə işlərlə yanaşı, 2012-ci ildə SC yeni yarımstansiyaların tikintisi üzrə fəaliyyəti davam etdirəcək ki, bu da ölkənin enerji sisteminin modernləşdirilməsi və enerji təhlükəsizliyinin möhkəmlənməsi prosesinin ayrılmaz tərkib hissəsidir.

"Hazırda mövcud stansiyalar istehlakı üstələyir və ölkənin elektrik enerjisi təhlükəsizliyi tam bərpa edilib", - Əsgərov bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin enerji sisteminin gücü 6200 meqavatdır, lakin onun ancaq 3300 meqavatı işə salınıb ki, bu da, öz növbəsində, ölkənin enerji təhlükəsizliyinin tam bərpasının göstəricisidir, eləcə də enerji ixracı üçün imkanlar yaradır.

Əsgərov vurğulayıb ki, aparılan işlər və yeni enerji obyektlərinin tikintisi nəticəsində enerji sisteminin gücü perspektivdə 7 min meqavata qədər arta bilər.

Hazırda SC-nin balansında 500, 330, 220 və 110 kilovatlıq 200-dən çox yarımstansiya, eləcə də 6 su elektrik və 13 istilik elektrik stansiyası var. Hazırda Azərbaycanın enerji gücü 6,5 min meqavatı ötür.

Xəbər lenti

Xəbər lenti