...

Pis hava şəraiti Azərbaycanın enerji daşıyıcılarının hasilatına və ixracat əməliyyatlarına təsir etməyib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 2 Fevral 2012 13:39 (UTC +04:00)
Hava şəraiti neft-qaz hasilatına, habelə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) digər istehsalat proseslərinə təsir etməyib. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-dən bildirilib.
Pis hava şəraiti Azərbaycanın enerji daşıyıcılarının hasilatına və ixracat əməliyyatlarına təsir etməyib (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra BP-dən məlumat əlavə olunub (İlk xəbər 12:06-da yayılıb)

Azərbaycan, Bakı, 2 fevral/Trend müxbir E. İsmayılov/

Hava şəraiti neft-qaz hasilatına, habelə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) digər istehsalat proseslərinə təsir etməyib. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-dən bildirilib.

ARDNŞ-dən deyilib ki, şaxtalı hava və çovğun həm dənizdə, həm də quruda işlərə və hasilata təsir etməyib.

"Pisləşən hava şəraiti şirkətin heç bir istehsalat prosesinə təsir etməyib", - şirkətdən bildirilib.

"BP Azerbaijan" (Azərbaycanda iri neft və qaz hasilatı layihələrinin operatoru) şirkətindən cümə axşamı verilən məlumata görə, pis hava şəraiti və çovğun "Azəri-Çıraq-Günəşli" (AÇQ) yataqlar blokunda və "Şahdəniz"qaz-kondensat yatağında hasilata təsir etməyib. Həmçinin Səngəçal neft terminalından neft və qazın ixracatı normal rejimdə davam edir.

Hazırda AÇQ-də orta sutkalıq neft hasilatı sutkada təxminən 750 min barel, "Şahdəniz"də qaz hasilatı isə sutkada təxminən 25 milyon kubmetr təşkil edir.

ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qazın paylanması) müəssisəsi daxildir.

ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Bir müddət əvvəl şirkət İsveçrədə iri YDM şəbəkəsini əldə edib.ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti