...

Türkiyə İrana qarşı arbitraj məhkəməsində iddiadan imtina etməyəcək

Energetika Materials 29 Mart 2012 12:56 (UTC +04:00)
Türkiyə qazın qiymətinə etiraz etmək üçün Beynəlxalq Arbitraj Məhkəməsində İrana qarşı iddia qaldırıb və öz qərarını dəyişməyə hazırlaşmır.
Türkiyə İrana qarşı arbitraj məhkəməsində iddiadan imtina etməyəcək

Azərbaycan, Bakı, 29 mart / Trend, müxbir A.Tağıyeva /

Türkiyə qazın qiymətinə etiraz etmək üçün Beynəlxalq Arbitraj Məhkəməsində İrana qarşı iddia qaldırıb və öz qərarını dəyişməyə hazırlaşmır. Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər verib.

"İndiki anda bu məsələ ilə bağlı heç bir dəyişiklik yoxdur, ona görə də biz şikayəti geri götürməyəcəyik", - Yıldız deyib.

Nazir onu da qeyd edib ki, əgər Türkiyə İrandan qazın qiyməti ilə bağlı hər hansı təklif alarsa, onda mütləq ona baxacaq.

1996-cı ildə İran və Türkiyə Türkiyəyə ildə on milyard kubmetr qazın (gündə 30 milyon kubmetr) satışı haqqında saziş imzalayıblar.

Türkiyənin dövlət boru kəməri şirkəti BOTAŞ-ın statistik məlumatına görə, 2011-ci ildə Türkiyə 39,7 milyard kubmetr qaz idxal edib. Türkiyəyə qaz ixracatçıları arasında Rusiya birinci yeri tutur, daha sonra isə İran və Azərbaycan gəlir.

Xəbər lenti

Xəbər lenti