...

Ukrayna TANAP-da pay almaqda maraqlıdır

Energetika Materials 11 Aprel 2012 13:46 (UTC +04:00)
Ukrayna Trans Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsində iştirak payı almaqda maraqlıdır.
Ukrayna TANAP-da pay almaqda maraqlıdır

Azərbaycan, Bakı, 11 aprel / Trend, müxbir Ə.Həsənov/

Ukrayna Trans Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsində iştirak payı almaqda maraqlıdır.

Trend-in məlumatına görə, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun çərşənbə günü mətbuat konfransında dediyinə görə, TANAP layihəsində iştirak Ukraynanın planlarına daxildir.

"Hazırda biz Azərbaycanla Türkiyə arasındakı danışıqlar prosesini diqqətlə izləyirik. Biz tərəfdaşlarımız üçün əlverişli və mümkün olan bütün planları nəzərdən keçirməyə hazırıq. Hazırda Ukraynanın bu layihədə iştirakı haqqında siyasi səviyyədə qərara nail olunub. Ekspertlər Ukraynanın bu layihə xətlərinə əlavə edəcəyi daha real şəkli verəcəklər", - səfir bildirib.

Onun sözlərinə görə, bu layihə Ukrayna üçün maraqlı və mühümdür. "Bu, bizim maraq dairəmizdədir. Bu layihə bütün regionun maraqlarına toxunur və ona görə də biz onu diqqətdən kənarda qoya bilmərik", - diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti