...

Azərbaycanda yanğından zərər çəkən iri qaz kəmərinin xətti dəyişdirilir

Energetika Materials 25 Aprel 2012 14:36 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) mayın ortalarınadək Altıağac-Ağsu magistral qaz kəmərinin yeni ikinci xəttinin tikintisini başa çatdıracaq.
Azərbaycanda yanğından zərər çəkən iri qaz kəmərinin xətti dəyişdirilir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) mayın ortalarınadək Altıağac-Ağsu magistral qaz kəmərinin yeni ikinci xəttinin tikintisini başa çatdıracaq. Belə ki, aprelin ortalarında bu qaz kəmərində yanğın baş vermişdi. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-nin strukturuna daxil olan "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Xatırladaq ki, aprelin 13-də diametri 1200 millimetr olan Altıağac-Ağsu magistral qaz xəttində sızma və sonradan yanğın baş vermişdi. Görülən tədbirlər nəticəsində kəmərlə qaz nəqli dayandırılaraq, yanğın söndürülmüşdü. Altıağac-Ağsu magistral qaz xətti Mozdok-Qazıməməmd magistral qaz kəmərinin bir hissəsidir. Qaz kəmərində yaranmış problem Rusiyaya qazın tədarükünə təsir etməmişdi.

"Hazırda qaz kəməri ilə qazın nəqlində problem yoxdur və normal rejimdə həyata keçirilir" , - İB-dən deyiblər.

"Yeni xəttin tikintisi tamamlandıqdan sonra qazın vurulması köhnə qol üzrə yeni xəttə yönləndiriləcək", - İB-dən qeyd ediblər.

"Azəriqaz"dan bildiriblər ki, qaz kəmərinin yeni xəttinin uzunluğu təqribən 10 kilometr, diametri isə 1220 millimetr təşkil edəcək. Tikinti işlərini ARDNŞ-nin "Neft-qaz tikinti" tresti aparır.

Xəbər lenti

Xəbər lenti