...

Azərbaycanın Qırğızıstanda NEZ tikməsi ilə bağlı işçi qrupu yaradılıb

Energetika Materials 30 Aprel 2012 16:07 (UTC +04:00)
Azərbaycanın Qırğızıstanda neft emalı zavodu (NEZ) tikməsi ilə bağlı işçi qrupu yaradılıb.
Azərbaycanın Qırğızıstanda NEZ tikməsi ilə bağlı işçi qrupu yaradılıb

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycanın Qırğızıstanda neft emalı zavodu (NEZ) tikməsi ilə bağlı işçi qrupu yaradılıb. Trend-in KirTAQ-a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi mətbuat konfransında Qırğızıstan Baş nazirinin birinci müavini Aalı Karaşev bildirib.

"Azərbaycanın Qırğızıstan ərazisində NEZ tikməsi ilə bağlı məsələyə baxılıb. Biz konkret təkliflərin irəli sürülməsi üçün işçi qrupu yaratmaq qərarına gəldik", - ticari-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq üzrə birinci Qırğızıstan-Azərbaycan hökumətlərarası komissiyasının nəticələrini yekunlaşdıran Karaşev deyib.

Onun sözlərinə görə, hökumətlərarası komissiyanın işinin yekunu ilə bağlı enerji, səhiyyə, kənd təsərrüfatı və təhsil sahəsində məsələlər müzakirə edilib.

"Biz konstruktiv dialoq şəraitində keçən bütün məsələlər üzrə təmas nöqtələri tapdıq. Tərəflər, həmçinin Bakı və Bişkək arasında aviasiya əlaqəsinin təşkili imkanlarını müzakirə ediblər", - Karaşev əlavə edib.

Xəbər lenti

Xəbər lenti