Azərbaycan, Bakı, 19 may /Trend/
Təmir işləri ilə əlaqədar olaraq mayın 21-də saat 10:00-dan 14:00-dək "Xaçmaz" qazpaylayıcı stansiyasından Xaçmaz şəhərinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Trend "Azəriqaz" İstehsalat Birliyinin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri müddətində Xaçmaz şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.