Azərbaycan, Bakı, 21 may /Trend/
Təmir işləri ilə əlaqədar olaraq 22 may 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək "Ucar" və "Lək" qazpaylayıcı stansiyalarından, eyni zamanda, saat 09:00-dan 19:00-dək Dilman Şərədil xətti istisna olmaqla "Şamaxı" avtomatik qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Trend "Azəriqaz" İB-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri müddətində Ucar şəhəri daxil olmaqla rayonun Gəraybəyli, Rəstəcə, Qarabörk və Lək kəndlərinə, həmçinin Şamaxı şəhəri daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndlərinə və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.