Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.İsmayılov/
Avropa İttifaqı (Aİ) Azərbaycanın etibarlı tərəfdaşı olduğu "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılmasına sadiqliyini qoruyub saxlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "Neft, qaz, neftayırma və neft kimyası" konfransında Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin enerji məsələləri və əməkdaşlıq işləri üzrə müşaviri Anqus Miller bildirib.
Onun sözlərinə görə, Azərbaycanın etibarlı tərəfdaşlığı Avropaya qaz tədarükünü və enerji sahəsində münasibətlərin inkişafını təmin etməkdən ibarətdir.
"Biz "Şahdəniz" yatağından Avropaya qaz ixracının ərəfəsindəyik. Avropa ölkələri kimi, Azərbaycanın da bu layihəyə sadiqliyi böyükdür. "Cənub dəhlizi" son dərəcə mühüm olaraq qalır və Azərbaycan bu məsələdə əsas tərəfdaşdır", - Miller deyib.