...

Azərbaycan neftinin qiymətləri: 4-8 iyun həftəsinin yekunları

Energetika Materials 11 İyun 2012 14:11 (UTC +04:00)
4-8 iyun həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 101,3 dollar/barelə yaxın təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 4-8 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.İsmayılov/

4-8 iyun həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 101,3 dollar/barelə yaxın təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən təxminən 4,92 dollar/barel azdır.

4-8 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 103,23, minimum isə 99,54 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

4-8 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 95,92 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 5,1 dollar/barel azdır.

4-8 iyun həftəsində URALS-ın qiyməti maksimum 97,73, minimum isə 94,04 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

4-8 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 99,08 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 4,65 dollar/barel azdır.

4-8 iyun həftəsində "Brent Dated"in maksimum qiyməti 101,21, minimum isə 97,36 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti