...

Azərbaycanın bəzi rayonlarına qazın verilişi məhdudlaşdırılacaq

Energetika Materials 29 İyun 2012 11:13 (UTC +04:00)
Bu gün təmir işlərinin aparılması ilə əlaqədar Azərbaycanın bəzi yaşayış məntəqələrinə qazın verilməsində məhdudiyyətlər olacaq.
Azərbaycanın bəzi rayonlarına qazın verilişi məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.İsmayılov/

Bu gün təmir işlərinin aparılması ilə əlaqədar Azərbaycanın bəzi yaşayış məntəqələrinə qazın verilməsində məhdudiyyətlər olacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, saat 09:00-dan 19:00-dək "Aran", "Kövər" və "Ucar", saat 10:00-dan 17:00-dək "İsmayıllı" və "Talıstan" Qazpaylayıcı Stansiyalarından, saat 10:00-dan 18:00-dək isə "Ağstafa", "Əskipara I", "Əskipara II" və "Yuxarı Salahlı" Avtomatik Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Ucar şəhəri daxil olmaqla, rayonun Gəraybəyli, Rəstəcə və Qarabörk kəndlərinə, İsmayıllı şəhəri daxil olmaqla, rayonun Quşəncə, Qalıncaq, Göytəpə, Talıstan və Buynuz kəndlərinə, eyni zamanda Ağstafa şəhəri daxil olmaqla, rayonun Dağ Kəsəmən, Xətai, Yenigün kəndlərinə və Poylu qəsəbəsinə, Qazax şəhərinin bir hissəsi daxil olmaqla, Çaylı, Canalı, Aşağı Salahlı və Orta Salahlı kəndlərinə, həmçinin Yevlax rayonunun Aran qəsəbəsinə, Nemətabad, Kövər, Kolanı, Malbinəsi, Qoyunbinəsi, Qaramanlı, Nurallar və Hacımahmudlu kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti