...

Ekspertlər "Nabucco West"in uğur qazanacağına inanırlar - "Deutsche Welle"

Energetika Materials 30 İyun 2012 17:01 (UTC +04:00)
2012-ci ildə Xəzər regionundan Avropaya qaz tədarükü sahəsində məqsədlərə nail olmaqla bağlı qəbul edilən addımların tempi sürətlənib.
Ekspertlər "Nabucco West"in uğur qazanacağına inanırlar - "Deutsche Welle"

Azərbaycan, Bakı, 30 iyun /Trend/

2012-ci ildə Xəzər regionundan Avropaya qaz tədarükü sahəsində məqsədlərə nail olmaqla bağlı qəbul edilən addımların tempi sürətlənib.

İki il ərzində ilkin araşdırmaların aparılmasından sonra Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsium dəyəri 25 milyard dollar qiymətləndirilən yatağın işlənməsinin ikinci mərhələsinin layihəsi çərçivəsində ilkin mühəndis-layihələndirmə işlərinin başlamasını açıqlayıb. Bunu Trend İnformasiya Agentliyinin Fars xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu "Deutsche Welle"ə müsahibəsində deyib.

"May ayında Türkiyə və Azərbaycan Trans Anadolu (TANAP) boru kəmərinin tikintisinə dair razılığa gəliblər. Boru kəməri Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinədək çəkiləcək. Layihə üzrə hökumətlərarası saziş bu həftə imzalanıb. Bundan başqa, "Şahdəniz"in işlənməsi üzrə konsorsium Azərbaycan qazının Mərkəzi Avropaya tədarükünün prioritet variantı qismində "Nabucco West" layihəsinin seçildiyini elan edib", - Xatınoğlu qeyd edib.

Onun sözlərinə görə, TANAP boru kəmərinin tikintisi növbəti 5 il ərzində tamamlanacaq. Hazırda TANAP-da 20 faizlik pay Türkiyənin BOTAŞ, 80 faiz isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) payına düşür.

"Deutsche Welle"nin yazdığına görə, müsbət ticari dövriyyədə Azərbaycanın milyardlarla dolları var.Ölkənin, həmçinin enerji layihələrinin reallaşdırılması sahəsində təcrübə və qabiliyyəti mövcuddur. Bununla da ARDNŞ-nin TANAP layihəsində iştirakı ondan xəbər verir ki, layihənin maliyyə və texniki potensialı artıq reallaşdırılıb.

Xatınoğlunun sözlərinə görə, Avropaya qaz tədarükünün ilk mənbəyi olan "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin layihəsi üzrə planlar iki yeni dəniz platformasının tikintisini, iki yarımyüklənmiş qaz qurğularının köməyi ilə 26 sualtı quyularının qazılmasını, 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin tikintisini, Azərbaycan və Gürcüstana ixrac üçün əlavə imkanları, Səngəçal terminalının genişləndirilməsini nəzərdə tutur.

Azərbaycanda, həmçinin ölkənin həm regionda, həm də Qərbdə etibarlı enerji resursları mənbəyi qismində əhəmiyyətini artıran "Ümid" və "Abşeron" kimi digər yataqlar var. Gələcəkdə Türkmənistan və İraq "Nabucco West" üzrə potensial qaz ixracatçısı mənbələri də ola bilərlər.

Ceymstaun Fonundun Avrasiya proqramının qabaqcıl tədqiqatçısı Vladimir Sokor Xatınoğlunun fikirlərini dəstəkləyərək deyib ki, TANAP layihəsi Xəzər regionundan Türkiyə və Avropa İttifaqı ölkələrinə qazın tədarükü məsələsində sıçrayış olacaq.

Rusiyanın "Nabucco West" layihəsi ilə bağlı mövqeyinə gəlincə, Sokor "Deutsche Welle"-yə müsahibəsində qeyd edib ki, Rusiya Xəzər qazının nəqli məsələsində Türkiyəyə təzyiq göstərə bilməz. Türkiyə və Azərbaycan dekabrın 26-da saziş bağlayıblar və Moskva buna heç bir reaksiya vermədi.

Onun fikrincə, Rusiya "Nabukko" layihəsinin reallaşdırılmasına mane olmaq üçün hər şey edəcək. Moskva bəyan edib ki, TANAP layihəsi işə salınmazdan öncə "Cənub axını" boru kəmərinin tikintisi yolu ilə Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və Almaniyanı qazla təmin edəcək.

Xəbər lenti

Xəbər lenti