Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bazar ertəsi Bakıda İtaliya xarici işlər nazirinin müavini Marta Dasu və iqtisadi inkişaf nazirinin müavini Klaudio di Visente ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tərəflər görüş zaman ölkələr arasında müxtəlif sahələrdə, xüsusən də neft-qaz sektorunda əməkdaşlığı müzakirə ediblər.
Natiq Əliyev görüş zamanı qonaqlara Trans-Anadolu qaz kəməri layihəsi, habelə Azərbaycan qazının Avropaya tədarük marşrutları haqqında məlumat verib.
Nazir qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verib və bunu davam etdirəcək. Ölkə potensial qaz alıcıları ilə və onun Avropaya çatdırılmasında əməkdaşlıqda maraqlıdır.
Həmçinin, görüşdə Transxəzər qaz kəməri layihəsi müzakirə edilib.