...

İspaniya ARDNŞ-nin layihələrində iştirakda maraqlıdır

Energetika Materials 10 İyul 2012 17:30 (UTC +04:00)
İspaniya ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycan daxilində və xaricdə həyata keçirdiyi layihələrdə iştirakda maraqlıdır.
İspaniya ARDNŞ-nin layihələrində iştirakda maraqlıdır

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.İsmayılov/

İspaniya ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycan daxilində və xaricdə həyata keçirdiyi layihələrdə iştirakda maraqlıdır. Bunu çərşənbə axşamı İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonzalo de-Benito Sekades ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşündə bildirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Abdullayev bildirib ki, Azərbaycanda xarici investisiyaların təşviqi və mühafizəsi sahəsində möhkəm hüquqi baza və zəngin təcrübə mövcuddur. ARDNŞ ölkəmizin milli maraqlar və iqtisadi səmərəlilik prinsipi əsasında bütün ciddi şirkətlərlə əməkdaşlıq etməyə hazırdır.

Rövnəq Abdullayev qeyd edib ki, İspaniya şirkətlərinin ARDNŞ-nin Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələrdə iştirak etmək istəyini ifadə edən təklifə baxılacaq.

Xəbər lenti

Xəbər lenti